Qazax, Xocavənd və Fizuli istiqamətində atəşkəs pozulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.

 

APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Füzuli  rayonunun Aşağı Seyidəhmədli, Xocavənd  rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Füzuli  rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Müəllif | Apa.Tv
Apa.tv