Xəzər rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub

Bu gün səhər saatlarında Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Qala qəsəbəsi ərazisində yolu keçmək istəyən piyadanı “VAZ-21 06” markalı maşın vurub. Hadisə yerində olan şəxslər xəsarət alan şəxsə ilkin tibbi yardım göstəriblər. Daha sonra o xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv