Apellyasiya Məhkəməsində dava düşüb
Apellyasiya Məhkəməsində dava olub. Yasamal rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə avqustun 3-də qeydə alınıb. Məhkəmə zalında baş verən davada Bakı şəhər sakinləri - 1964-cü il təvəllüdlü Şükufə Maqsud qızı Mahmudova, onun oğlu, 1995-ci il təvəllüdlü Həsən Mahmudov və İsmayıllı rayon sakini, 1981-ci il təvəllüdlü Yaşasın Xatir oğlu Orucov bir-birilərini döyüblər. Dalaşan şəxslər yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.