Bordo-bərəlilərin generalı ölümdən son anda qurtardı - MÜŞAHİDƏ KAMERASI

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı baş verən bəzi dramatik hadisələrin görüntüləri meydana çıxıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, xuntaçıların əsas hədəflərindən olan Özəl Qüvvələr komandanı Zekai Aksakallının xilas olması amı müşahidə kameralarına düşüb. General Aksakallı onu tutmağa gələn xuntaçıların əlindən son anda qurtarıb.

 

Qeyd edək ki, Zekai Aksakallının yavəri çavuş Ömər Halisdemir 15 iyul hadisələrinin qəhrəmanlarından biri sayılır. Generalın əmrini yerinə yetirən Ömər Halisdemir onlarə həbs etməyə gələn xuntaçı qrupun rəhbəri general Semih Terziyi alnından vuraraq öldürüb, özü isə atışmada şəhid olub. Bu hadisə silahlı çevriliş planlarını pozan əsas məqamlardan biri sayılır. 

Müəllif | Apa.Tv
Apa.tv