Arazda batan şəxsin meyiti tapıldı
İmişlidə Araz çayında batan şəxsin meyiti sudan çıxarılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, avqustun 3-də günorta saatlarında İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, Rauf Əlihüseyn oğlu Abdullayev qoyunlarını yumaq istəyərkən Araz çayında boğulub.
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu həmin şəxsin cəsədini batdığı yerdən 100 metr aralıda sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.