Bərdədə dəhşətli hadisə: 5 yaşlı uşağı ilan vurdu

Bərdədə azyaşlı uşağı ilan sancıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Lənbəran kəndində baş verib. Kənd sakini, 2011-ci il təvəllüdlü Cəfərova Fatimə Ceyhun qızı anası ilə birlikdə böyürtkən yığarkən ilan onun ayağından vurub. 

Azyaşlı dərhal Bərdə rayon uşaq xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanda azyaşlıya  lazımi intensiv yardımlar göstərilərək ilan zəhəri əlehinə zərdab vurulub.

 

Hal-hazırda xəstənin vəziyyəti stabildir.

 

Müəllif | Apa.Tv
Apa.tv