Dəhşətli qəzada iki tanınmış həkim dünyasını dəyişib, 40 günlük körpələri sağ qalıb - TƏFƏRRÜAT

 

Kürdəmirdə baş verən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, Bakı-Qazax magistralının 196-cı kilometrliyində baş verən qəzada ölənlərin sayı 3 nəfərə çatıb. Faciəli şəkildə dünyasını dəyişənlərdən Əli Əkbərov və Leyla Salahova tanınmış həkimdir. Onlar Bakıda özəl klinikalardan birində çalışıblar. Qəza nəticəsində 33 yaşlı Leyla Salahovanın atası da Yunus Salahov da vəfat edib. Vəfat edən həkimlərin 40 günlük övladı qəza zamanı xəsarət alsa da, sağ qalıb. Ailə həkim Leyla Salahovanın anasının il mərasiminə gedərkən qəzaya düşüb. Toqquşan maşınlardan digərinin sürücüsü Kürdəmir rayonunun Şilyan kənd sakini Səftər Heydər oğlu Məmmədov hazırda xəstəxanada həkim nəzarəti altındadır.

 

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Kardioloq Əli Əkbərovun idarə etdiyi  "Kia" markalı minik maşını ilə, Kürdəmir rayonunun Şilyan kənd sakini Səftər Heydər oğlu Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını toqquşub. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv