Evlərdən oğurluq üzrə ixtisaslaşmış şəxs ələ keçdi
Şirvanda mənzillərdən oğurluq edən 24 yaşlı Bakı sakini polis tərəfindən saxlanılıb. APA TV-nin məlumatına görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mənzillərdən oğurluq edən, əvvəllər məhkum olunmuş Bakı sakini, 1992-ci il təvəllüdlü Əliyev Mahir Əflan oğlu şübhəli şəxs qismində saxlanılıb. Aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, Əflan Əliyev müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus mənzillərə daxil olaraq oradan 8460 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. Ə. Əliyev öz əməli ilə Şirvan sakinləri, Cəbiyev Zülfəliyə 590 manat, İbadov Talehə 650 manat, Həsənov Ədalət Adil oğluna 3470 manat və onun qardaşı Həsənov Mirdadaş Adil oğluna 3750 manat dəyərində maddi ziyan vurub.
Mahir Əliyevin Bakı şəhərində çoxsaylı oğurluqlar etdiyinə görə Binəqədi rayon Polis Şöbəsi tərəfindən axtarışda olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.