"Qarabağ" və "Qəbələ"nin rəqibləri bəlli oldu

Avropa Liqasının "Play-off" mərhələsində Azərbaycan klublarının rəqibləri məlum olub. APA TV-nin məlumatına görə, "Qarabağ" klubu qrup mərhələsinə vəsiqə qazanmaq üçün İsveçin "Göteborq" klubundan üstün olmalıdır. "Qəbələ" isə eyni hədəfə çatmaq üçün "Maribor" səddini keçməlidir. Komandalarımız ilk oyunlarını avqustun 18-də səfərdə keçirəcəklər, İsveç və Sloveniya klubları ilə cavab görüşü isə Bakıda avqustun 25-də baş tutacaq.

 

Xatırladaq ki, "Qəbələ" klubu "play-off" mərhələsinə vəsiqəni Fransanın "Lill" klubunu turnirdən kənarlaşdırmaqla təmin edib, "Qarabağ" isə Çempionlar Liqasında çıxışlarını dayandırdığı üçün Avropa Liqasında "play-off" oynamaq hüququ qazanıb. 

Müəllif | Apa.Tv
Apa.tv