İlkər Başbuğ: "Allahın ədaləti bu dünyada da bərqərar olarmış"

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ ömürlük həbs cəzasına məhkum edilməsi qərarının üç illiyi münasibətilə açıqlama yayıb. Açıqlamasında "Allahın ədaləti bu dünyada da bərqərar olurmuş" deyən Başbuğ 5 avqustun Türkiyə tarixində önəmli yeri olduğunu xatırladıb: "Bu gün 5 avqust, 2016-cı ildir. Önəmli bir gündür. 95 il əvvəl 5 avqust, 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamal Atatürkə Ali Baş Komandan statusu verdi. Mustafa kamal üç ay parlamentin səlahiyyətlərini də icra edə biləcəkdi. Təsadüfən və ya qəsdən yenə 5 avqust tarixində, 2013-cü ildə, utanmadan Türk milləti adına məhkəmə missiyasının yerinə yetirdiyini iddia edən "camaat" məhkəməsi Türkiyə Silahlı Qüvvələrinə iki il rəhbərlik etmiş bir komandanı ömürlük həbs cəzasına məhkum etmişdi. Allahın ədaləti bu dünyada da bərqərar olurmuş. O qərarı verən hakim, məhkəmə heyətinin üzvləri və prokuror indi özləri həbsdədir".

 

Xatırladaq ki, ömürlük həbs cəzasına məhkum edilmiş İlkər Başbuğ ittiham olunduğu cinayət işlərinin saxtalaşdırılması sübut edildikdən sonra digər "Ergenekon"dan həbs edilənlərlə birlikdə azadlığa buraxılıb. 

Müəllif | Apa.Tv
Apa.tv