Jurnalistlər bombardmana məruz qaldı - PARTLAYIŞ ANI
Hələbdə davam edən əməliyyatları işıqlandıran "Al Jazeera" müxbiri Milad Fadil və operator Məhəmməd Herbək bombardmana məruz qalıb. APA TV-nin məlumatına görə, müxbir "stand-up" edən zaman arxaya bomba düşüb.
Milad Fadil bölgəyə ən azı 150 raket zərbəsinin endirildiyini, bu səbəbdən 8 saat bombalanan ərazini tərk edə bilmədiklərini deyib.
Xatırladaq ki, Hələbdə rejimlə müxalifət arasında döyüşlər gedir. Şəhərin qərb hissəsinə nəzarət edən Əsəd qüvvələri 17 iyuldan etibarən Hələbin şərq hissəsinə hücuma keçiblər.