Dolların rəsmi kursu 1,6 manatlıq psixoloji hədd keçdi
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının avqustun 8-ə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, məzənnə 1,6005 dollar olaraq müəyyənləşib. Bununla da dolların məzənnəsi 1,6 manatlıq psixoloji həddi keçib. Qeyd edək ki, bu gün dollar 1,5980 manata bərabər olub.
Mərkəzi Bank xarici valyutaların məzənnələrin həftə içi hər gün açıqlayır. Həftənin son iş günü isə üç günlük məzənnə açıqlanır.