Araz Əzimov: "Orxan Zeynalovun məhkəməsi..."
"Rusiyada kriminal vəziyyət çox gərgindir". APA TV-nin xəbərinə görə, bunu Moskvada rus gənciin qətlində təqsirləndirilən Orxan Zeynalovun həbsinə münasibət bildirən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Nazir müavibni qeyd edib k, həmin vaxt Moskvada bir çox hadisə baş verib, ancaq, məhz bu məsələ ictimailəşib:
- Onun istintaqı, məhkəməsi normal, qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Azərbaycan bunun tərəfdarıdır ilk öncə.
Rusiyanın İnsan Haqları üzrə Prezident Şurasının sədri Mixail Fedotov isə Orxan Zeynalovun saxlanması zamanı yol verilən qanun pozuntularını sərt tənqid edib. O, polislərə cinayət törətməkdə şübhəli bilinən şəxslərin saxlanması zamanı ədəbli olmağı tövsiyə edib.
Şura sədri Orxan Zeynalovun saxlanması kadrlarını da şərh edib: "Polislər sanki teleseriallar üslubunda həbs əməliyyatı keçiriblər. Televiziya bizə özümüzü həyatda necə aparmalı olduğumuzu diktə edir. Həyat televiziyaya deyil, televiziya həyata diktə edir. Əminəm ki, saxlanma anında orada kameralar olmasaydı, saxlanma prosesi tamamilə başqa cür baş verərdi”.
Mixail Fedotov Rusiya polisinə məsləhət görüb ki, ədəb qaydalarını teleseriallardan deyil, sovet filmlərindən öyrənsinlər.