İpoteka Fonduna yeni rəhbər təyin olunub
Azərbaycan İpoteka Fonduna yeni rəhbər təyin olunub. APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Fəxri Xanhüseyn oğlu Kazımov “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.