Aktyor Atalay Dəmirçi FETÖ ilə əlaqələrinə görə həbs olundu
Türkiyənin tanınmış komediya aktyoru Atalay Dəmirçi Fətullahçı terror təşkilatı ilə bağlı istintaq çərçivəsində həbs edilib. APA TV-nin məlumatına görə, aktyoru Ankara terrorla mübarizə şöbəsinin əməkdaşları saxlayıblar.
Sosial şəbəkədəki hesabı sındırılan Atalay Dəmirçinin keçmiş futbolçu Hakan Şükür və NBA basketbolçusu Enes Kanterlə yazışmaları yayımlanmışdı. Yazışmalar ictimai qınağa səbəb olduqdan sonra aktyor səhvə yol verdiyi etiraf etmiş, 15 iyul gecəsi Fətullah Gülən terror təşkilatı tərəfindən çevriliş cəhdindən sonra fikrini dəyişdiyini bildirmişdi.
Atalay Dəmirçi uğursuz çevriliş cəhdindən sonra bir televiziya müxbirinin üzünə tüpürməsi ilə də gündəmə gəlmişdi.
Atalay Dəmirçi 2013-cü ildə “Yetenek Sizsiniz Türkiye” yarışmasında birinci olub və bir sıra komediya filmlərində çəkilib. O, 30-dan çox ölkədə 3000-dən artıq konsert verib.