Sürəti azalda bilmədi, bir ailənin 4 üzvü maşın altında qaldı - QƏZA

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən axşam 22.30 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

 

"VAZ 2107" markalı avtomobil bir ailənin 4 üzvünü - Sabirabad rayonunun Güdəcühür kənd sakinləri, 29 yaşlı Salmanova Suğra Vidadi qızı, 31 yaşlı Salmanova Günel Vidadi qızı, 39 yaşlı Salmanov Şahin Xanoğlan oğlu və 10 yaşlı Salmanova Fidan Təmkin qızını  vurub.

 

Həmin şəxslərdən ikisi çoxsaylı sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə, sonuncu 2 nəfər isə kəllə-beyin və çoxsaylı sınıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirİlib.

 

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv