Neft həftəni 44,44 dollarla başa vurdu
Birjaların son seanslarında neftin qiyməti iki həftəlik maksimuma çatıb. APA TV-nin məlumatına görə, hərraclarda "Brent" markalı neftin bir bareli 44,44 dollardan satılıb. Bu, bir gün əvvəlki qiymətdən 17 sent bahadır. Qərbi Texas nefti də iki həftəlik maksimumu yeniləyib. Oktyabr ayı üçün bağlanan fyüçerslərdə WTİ neftinin bir bareli 42 dollardan satılıb.
Ekspertlər neftin bahalaşmasını ABŞ-da hasilatın azalmasına dair hesabatla əlaqələndirirlər. ABŞ Energetika Nazirliyi ötən həftə ölkə üzrə sutkalıq hasilatın 55 min barel azaldığını açıqlayıb, azalma tam şəkildə Alyaskadakı yataqların payına düşüb. Bundan başqa ölkədə benzin ehtiyatlarının azalması xəbəri də neftin yüksək qiyməti qorumasını təmin edib.