Sabah Azərbaycanda havanın hərarəti 42 dərəcəyə çatacaq

Bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 22-25, gündüz 35-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 24-25 dərəcə, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26 dərəcə, Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv