Erol Mütercimler: "Hökumət düzgün araşdırma aparsa, AKP siyasilərinin 60 faizi FETÖ üzvü çıxacaq"

"AKP-nin siyasi strukturunun 60 faizi FETÖ-çü çıxacaq". APA TV-nin xəbərinə görə, bu fikri Ergenekon davasından həbs olunmuş tədqiqatçı Erol Mütercimler bildirib. Onun sözlərinə görə, gülənçilər 80-ci illərdən Türkiyə ordusuna soxulmağa başlayıb.

 

"Camaatın 1986-cı ildə imtahan suallarını oğurlayıb adamlarını orduya soxduqları bilinir. 1994-cü ildə məzun olmuş general-mayor və kontr-admirallar qarşımıza hərbi çevrilişlə çıxdılar. Necdet Özel dönəmi çox sayda generalın vəzifəyə yüksəldilməsi və FETÖ-çülərin ordunun üst strukturlarına ayaq açması ilə nəticələndi".

 

Tədqiqatçı bildirib ki, Gülən camaatının orduda möhkəmlənməsində siyasətçilərin böyük rolu olub: "Unutmayaq ki, Bülent Ecevit bunlardan bir neçəsini millət vəkili etdi. Hazırda CHP-nin içində Gülən camaatından millət vəkilləri var. Əgər düzgün təhqiqat aparılsa, AKP elitasının 60 faizi FETÖ-çü çıxacaq. Mən hansısa formada Gülən camaatı ilə yolu kəsişən, yaxud FETÖ ilə sıx əlaqəsi olan AKP üzvlərindən bəhs edirəm".

Müəllif | Apa.Tv
Apa.tv