Türkiyə iqtisadiyyat nazirinin qohumu həbs olundu - FETÖ təhqiqatı
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin yaxın qohumu 15 iyul hadisələri ilə bağlı təhqiqat çərçivəsində həbs olunub. APA TV-nin məlumatına görə, həbs olunan şəxs nazirin həyat yoldaşının dayısı, 2004-2009-cu illərdə Dənizli Böyükşəhər Bələdiyyəsinin Məclis üzvü olmuş Sezai Günalpdır. On gün əvvəl Dənizlidə keçirilən əməliyyat zamanı saxlanan Sezai Günalp istintaqa cəlb olunub, istintaq materialları əsasında onun haqqında bu gün həbs qətimkan tədbiri seçilib. Sezai Günalpla birlikdə həbs olunanlar arasında TOBB İdarə Heyətinin üzvləri də var.