Dollar, rubl, lirə, lari - VALYUTALAR BAHALAŞIR
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, dolların məzənnəsi ötən həftə ilə müqayisədə 0,2% möhkəmlənərək 1,6005 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutasının bu günə olan rəsmi məzənnəsi 1,7774 manatdır.
Rusiya rublu, türk lirəsi və Gürcüstan larisi də manat qarşısında möhkəmlənib. Hazırda 1000 rubl 24 manat 40 qəpik, 100 türk lirəsi 53 manat 56 qəpik, 100 gürcü larisi 67 manat 75 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün açıqlayır.