24 yaşlı Lənkəran sakini dənizdə boğuldu

Lənkəranda boğulma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Vel kəndi ərazisində qeydə alınıb. Rayonun Moloja kənd sakini, 24 yaşlı Əlövsət İntiqam oğlu Səttarov dənizin nəzarət olunmayan ərazisində çimərkən boğulub. Boğulan şəxsin meyiti ətrafdakı vətəndaşlar tərəfindən sudan çıxarılıb. Təcili yardım briqadası gələnədək Əlövsət Səttarovu həyata qaytarmağa cəhd göstərilsə də, bunun heç bir səmərəsi  olmayıb. Daha sonra gənc oğlanın meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv