Mikroavtobus aşdı - 12 nəfər yaralandı
Salyanda sərnişin avtobusu aşıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan-Neftçala magistralının Ərəbqardaşbəyli ərazisindən keçən hissəsində sərnişin daşıyan mikroavtobusun qarşısına inək çıxıb və idarəetməni itirən sürücü avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 12 nəfər- Neftçala rayon sakinləri 32 yaşlı İbrahim Cəfərov, 56 yaşlı Rövşən Səlimov, 53 yaşlı Nərminə Səlimova, 43 yaşlı Zaur Məmmədov, 40 yaşlı Gülbəniz Ağacanova, 28 yaşlı Taleh Abdullayev, 23 yaşlı Şəhla Kərimova, 24 yaşlı Şəfa Ağayeva, 62 yaşlı Məlahət Şahbazova, Şamaxı rayon sakini 44 yaşlı Davud Məmmədov müxtəlif bədən xasarətləri alıb və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların bir çoxu ambulator yardım aldıqdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.