Gəncədə avtomobil aşıb, yaralılar var

Gəncədə 4 nəfərin xəsarətalması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “BWV” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan səkyə  çırpılıb. Zərbənin gücündən avtomobil aşıb. Qəza zamanı 4 nəfər, 1994-cü il təvəllüdlü İlahə Cəlilova, 1991-ci il təvəllüdlü Şahlar Verdiyev, 1999-cu il təvəllüdlü İsmayıl Əlibəy və Nurlan Ələsgərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv