Tovuzda avtomobil divara çırpılıb, sürücü ölüb
Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə avqustun 8-də səhər saatlarında Tovuz şəhərində qeydə alınıb. Rayonun Yuxarı Öysüzlü kənd sakini 1983-cü il təvəllüdlü Ramiz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan qaz borularına çırpılıb. Daha sonra isə avtomobil yaxınlıqda olan evin həyətinə aşıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarka yolda dünyasını dəyişib.
Faktla balı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.