Havalar sərinləyir: 38 dərəcə!

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.

 

Havanın temperaturu yarımadada gecə 24-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacağı gözlənilir.

 

Avqustun 9-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti gözlənilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv