Gəlin gətirməyə gedən maşın "KamAZ"ın altında qaldı, POLİS ÖLDÜ

Gəncədə polisi əməkdaşı qəzada ölüb. Hadisə şəhərin Keçid küçəsində qeydə alınıb. APA TV-nin xəbərinə görə, Samuxdan Gəncəyə gəlin gətirən avtomobil korteji ilə gələn 34 yaşlı Gəncə sakini Rəşad  Musatafayevin idarə etdiyi “VAZ 2106”  markalı minik maşını, şəhər sakini Fikrəddin İsmaylov idarə etdiyi  "KamAZ" markalı yük maşını ilə toqquşub.

 

Taleh Zeynalov,  Gəncə şəhər prokurorluğunun əməkdaşı:

- Qəzada ağır yaralanan Rəşad Mustafayev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Orda dünyasını dəyişib.

 

Rəşad Musatfayev Gəncə şəhər Baş Polis İdarəsinin post patrul xidməti taborunun polis nəfəri olub.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda CM-in 263.2 madəsi ilə cinayyət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli