Türkiyədə üç general qaçaraq PKK-ya sığınıb - QALMAQAL
Türkiyə ordusunun 3 sabiq generalı da daxil olmaqla 60 keçmiş hərbçi Kandilə qaçaraq PKK-ya sığınıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, FETÖ-çü hərbçilər çevriliş baş tutmadıqdan sonra təşvişə düşərək İraq ərazisinə keçib və PKK-dan sığınacaq alıblar. Silopidən İraqa keçən fərari hərbçiləri Zahoda PKK-lı terrorçular qarşılayaraq Kandilə aparıblar. Məlumatı Milli İstihbarat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı təsdiqləyib.
Generalların Silopiyə hərbi helikopterlə gedib. Onlara başından vurularaq öldürülən general Semih Terziyə bağlı Silopidəki Xüsusi Təyinatlılar yardım edib. Təhlükəsizlik qüvvələri Kandildə saxlanan hərbçilərin kimliyini öyrəniblər. Onların terrorçuların təmin edəcəyi saxta pasportlarla Avropa keçəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Fikri İşık çevriliş cəhdindən sonra 9-u general olmaqla, 288 hərbçinin fərari olduğunu açıqlayıb.