"Niva" at arabasını əzdi, at öldü, arabaçı yaralandı
Zaqatalada "Niva" at arabasını vurub, arabaçı xəsarət alıb, at isə ölüb. APA TV-nin məlumatına görə, hadisə dünən axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Murad İsgəndər oğlu Kələşovun at arabasını “Niva” maşını vurub. Zərbə nəticəsində arabadan yerə yıxılan Murad Kələşov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Murad Kələşovun vəziyyəti orta-stabil qiymətləndirilir. At isə qəzadan sonra ölüb.
Zaqatala rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.