General Əhməd Yavuz: "Böyük Ortadoğu Projesində növbə Türkiyəyə çatıb"

"Böyük Ortadoğu layihəsində növbə Türkiyənindir". APA TV-nin məlumatına görə, bu fikirləri istefada olan general-leytenant Əhməd Yavuz söyləyib. "Balyoz" işi üzrə 2011-ci ildə həbs olunmuş, daha sonra bəraət almış general bildirib ki, Birləşmiş Ştatlar "Böyük Ortadoğu Projesi" çərçivəsində bütün Şimali Afrika ölkələrində dəyişiklik edib: "Əlcəzair istisna olmaqla, Şimali Afrikada bütün rəhbərləri dəyişdilər. İraq və Suriyada vəziyyət məlumdur. Mən növbənin Türkiyəyə çatdığını düşünürəm".

 

General-leytenant Əhməd Yavuz Fəthullah Gülənin hərbi çevriliş etməyə şəxsi səbəblərinin olduğunu deyib: "Amma digər məqsədləri üç ssenari ilə izah edilə bilər. Birinci ssenariyə görə hərbi çevriliş uğurla nəticələnəcəkdi. Bunu çox istəyirdilər, çünki bu zaman Türkiyəni istədikləri kimi idarə edib, bölgəni istədikləri kimi yenidən quracaqdılar. İkinci ssenariyə görə, hərbçi çevriliş bir az uğurlu, bir az uğursuz olmalı, nəticədə Türkiyədə vətəndaş müharibəsi başlamalı idi. Üçüncü ssenari isə bugünkü vəziyyətdir - çevrilişə qarşı müqavimət göstərildi və qarşısı alındı. Amma nəticədə Türkiyə ordusu gücünü az da olsa itirdi. Hər üç ssenari dolayı yolla ABŞ-da bu işin arxasında dayananlara, Böyük Ortadoğu Projesini həyata keçirmək istəyənlərə sərf etdi". 

Müəllif | Apa.Tv
Apa.tv