Pakistanda terror aktında ölənlərin sayı 93 nəfərə çatdı
Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində xəstəxanada törədilən partlayışda ölənlərin sayı 93 nəfərə çatıb.
Bu gün səhər xəstəxananın reanimasiya şöbəsində törədilmiş partlayış nəticəsində ölənlər arasında çoxlu sayda hüquqşünas və jurnalistlər var. Onlar bazar ertəsi səhər saatlarında Bəlucistan əyalətinin Hüquqşünaslar Assosiasiyasının prezidenti Bilal Ənvər Qazinin xatirəsini yad etmək üçün toplaşmışdılar.
Partlayışa görə məsuliyyəti hələlik regionda fəaliyyət göstərən ekstremal qruplardan heç biri öz üzərinə götürməyib. Bu hadisədən sonra Kvetta şəhərinin bütün səhiyyə məntəqələrində fövqəladə vəziyyət elan edilib.