Ankaradakı Qızılay meydanının adı dəyişdirildi

Ankara bələdiyyəsi Türkiyə paytaxtının mərkəzi Qızılay meydanının adını dəyişdirib. APA TV-nin məlumatına görə, bundan sonra meydan “15 iyul Qızılay Milli İradə meydanı” adlanacaq.

 

Bundan başqa, 27 may 1960-cı il hərbi çevrilişində iştirak etmiş general İrfan Baştuğun adını daşıyan prospektə 15 iyul çevriliş cəhdi zamanı qiyamçı general Semih Dərzini alnından vuran, sonra isə şəhid olan hərbçi Ömər Halisdəmirin adı verilib.

 

Bələdiyyə Karşıyaka məzarlığında 15 iyul şəhidlər xiyabanının yaradılması barədə də qərar qəbul edib.

 

Müəllif | Apa.Tv
Apa.tv