İŞİD Pakistandakı terrora görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD terror təşkilatı Pakistanda xəstəxanada törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA TV-nin məlumatına görə, Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində xəstəxanada törədilən partlayış nəticəsində 100-dək insan həlak olub.

 

Partlayıcı qurğu daha əvvəl qətlə yetirilən tanınmış vəkil Bilal Ənvər Kasi ilə vidalaşma mərasimi zamanı işə düşüb. İlkin ehtimala əsasən, partlayışı kamikadze törədib.

 

Bundan əvvəl “Camaat ül Əhrar” terror qruplaşması Kvetta xəstəxanasındakı terrora görə məsuliyyəti üzərinə götürmüşdü.

 

Müəllif | Apa.Tv
Apa.tv