Canımızı etibar etdiklərimiz: Narkotik qəbul edib avtobus sürən sürücü saxlanıldı

Dövlət Yol Polis İdarəsinin ekologiya postunda yol-patrul xidmətinin əməkdaşları qapıları açıq vəziyyətdə hərəkətdə olan sərnişin avtobusunu saxlayıblar. Aparılan söhbət zamanı məlum olub ki, sürücü Namiq İsgəndərov psixotrop maddələrin təsiri altındadır. Faktı təsdiqləmək üçün sürücü sərxoşluğun müayinə olunması məntəqəsinə, avtobus isə cərimə meydançasına aparılıb. Sürücünün psixotrop maddələrin təsiri altında avtobusu idarə etdiyi üzə çıxdığından, onun hərəkətinə rayon məhkəməsi tərəfindən müvafiq hüquqi qiymət verilib.

 

Sürücü Namiq İsgəndərov  6 ay müddətinə sürücülük hüququndan məhrum edilib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv