Dollar, rubl, lirə və lari bahalaşır - RƏSMİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyib. Mərkəzi Bank dolların kursunu 1,6005 manat səviyyəsində saxlayıb. Avro isə manat qarşısında ikinci gündür dəyər itirir. Bu gün avronun rəsmi məzənnəsi 1,7738 manat olaraq müəyyənləşib. Rusiya rublu, türk lirəsi və Gürcüstan larisi isə manat qarşısında möhkəmlənməkdə davam edir. Rəsmi məzənnəyə əsasən 1000 Rusiya rublu 24 manat 70 qəpik, 100 türk lirəsi 53 manat 66 qəpik, 100 gürcü larisi 68 manat 11 qəpikdir.

 

Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. Bazar ertəsinin valyuta məzənnələri isə Mərkəzi Bankın son iş günündə müəyyənləşir. 

Müəllif | Apa.Tv
Apa.tv