OPEK-in planları nefti bahalaşdırdı
Birjalarda "Brent" markalı neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində bu markadan olan neftin ən yüksək qiyməti 45,68 dollar olub. Bu, həftənin ilk seanslarında qeydə alınan qiymətdən 1,21 dollar bahadır. Gün ərzində neftin qiyməti sabitləşməyə başlayıb və hazırda "Brent" neftinin bir bareli 44,98 dollardan satılır. Qərbi Texas nefti də dəyər qazanmaqdadır. Son 24 saatda WTİ neftinin maksimum qiyməti 43,34 dollar olub, səhər seanslarında isə qiymət bir qədər ucuzlaşaraq 42,63 dollar təşkil edib.
Neftin bahalaşmasına təsir göstərən əsas amil bəzi OPEK ölkələrinin hasilatı dondurmağa hazırlaşdığı barədə xəbərlər olub. Bəzi məlumatlara görə, sentyabrda Əlcəzairdə keçiriləcək OPEK sammitində hasilatın dondurulması məsələsi yenidən gündəmə gələcək.