Masallı sakininin evi külə döndü

Masallıda güclü yanğın baş verib.  APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qızılavar kənd sakini Xankişi Rüstəm oğlu Babayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Yanğın  barədə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı  qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və güclü alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli, 8 otaqlı evin ikinci mərtəbəsində 4 otaq içindəki əşyalarla birlikdə və dam örtüyü tamam yanaraq yararsız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv