"Wikileaks"in təsisçisi: "Türkiyədə çevrilişi Hillari Klinton və Səudiyyə rəhbərləri planlaşdırıb"

"Wikileaks" saytının sahibi Culian Assanj "Russia Today"a açıqlamasında 15 iyul silahlı çevriliş cəhdində Hillari Klinton və Səudiyyə Ərəbistanının təsirinin də olduğunu iddia edib. APA TV-nin məlumatına görə, Assanj bildirib ki, hərbi şevriliş cəhdinin pərdə arxasında Hillari Klinton da daxil olmaqla bəzi amerikalı rəsmilər və Səudiyyə rəhbərləri dayanır. "Wikileaks" qurucusu Fəthullah Güləni ABŞ-da keçiriləcək prezident seçkilərində Hillari Klintona əsas dəstək verənlərdən biri kimi xarakterizə edib.

Assanj çevrilişə cəhd gecəsi dünya mediasının baş verənlərə reaksiyasına da toxunub: "Çevriliş cəhdi başlayan zaman NBC telekanalı Ərdoğanın sığınacaq almaq üçün Almaniyaya uçduğu barədə xəbər yaydı. Xəbər ABŞ-dakı hərbi mənbələrə əsaslanırdı. Bu xəbər dərhal bütün dünyaya yayıldı və çevriliş etmək istəyənlərə vaxt qazandırdı. Bu xəbərin yayılması silahlı çevrilişə dəstək mənası daşıyırdı. Çünki bir dövlət başçısı ölkədən qaçırsa, bu, nəzarəti itirmək anlamı daşıyır".  

Müəllif | Apa.Tv
Apa.tv