Son 3 gündə 7 nəfəri gün vurub - QIZMAR STATİSTİKA

"Son günlər havaların isti keçməsi ilə əlaqədar Səhiyyə Nazirliyi Təcili və Tibbi Yardım Xidmətlərinə  günvurma halı ilə bağlı müraciət edənlərin sayı artıb.

 

APA TV-yə açıqlama verən Təcili və Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva  bildirib ki, avqustun 6-da 3 nəfəri, ayın 7-də isə 4 nəfəri gün vurub: "Bu, digər günlərə nisbətən çoxdur. Çünki keçən həftə ümumi olaraq 3 nəfəri gün vurmuşdusa, indi gün ərzində 4 nəfəri gün vurur".

 

İradə Əliyeva sözlərinə görə, yay mövsümü başlayan vaxtdan ümumilikdə 47 nəfər günvurma faktı ilə bağlı həkimə müraciət edib. Onlardan 16 nəfəri xəstəxanaya yerləşdirilib. 27 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib. Günvurma ilə bağlı müraciət edənləridən 7 nəfəri uşaq olub, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.

 

Yay fəsli başlayandan ölkə üzrə 27 ilansancma faktı qeydə alınıb, 75 nəfər isə əqrəb sancma halı ilə bağlı Təcili və Tibbi Yardım Stansiyasına müraciət edib.

 

Müəllif | Apa.Tv
Apa.tv