"Balyoz"çu üç general yüksək vəzifəyə təyin olundu
Türkiyə Silahlı Qüvvələrinin rəhbər postlarına yeni təyinatlar olub. APA TV-nin məlumatına görə, Milli Müdafiə Nazirliyi 15 general və 2 admiralın yeni vəzifələrə təyin olunması barədə əmr imzalayıb. Yüksək posta təyinat alanlar arasında "28 fevral" və "Balyoz" cinayət işləri üzrə saxtalaşdırılmış ittihamlarla həbs edilmiş, 2014-cü ildə məhkəmə qərarı ilə bəraət alaraq azadlığa buraxılmış hərbçilər də var. 28 fevralda dövlət çevrilişən cəhddə ittiham olunan Cəlaləddin Bacanlı Milli Müdafiə Nazirliyinin ASAL dairəsinə rəhbər, "Balyoz"dan həbs olunan general-mayor Cəlaləddin Bozdağ Ankara Dəniz Qüvvələri İstihkam komandanı təyin olunub. "Balyoz" işi üzrə həbs olunmuş atatürkçü generallardan İdris Acartürk Ankara Sİlahlı Qüvvələr Baş Qərarhahı ikinci İstihkam, Analiz və Dəyərləndirmə şöbəsinə rəhbər təyin olunub.
Xatırladaq ki, 15 iyuldan sonra "Balyoz" işi üzrə həbsdə yatmış hərbçilərdən üç nəfər Antalya, Tunceli və İğdırda jandarma qüvvələrinə komandan təyin olunmuşdu.