Telefon xidmətləri UCUZLAŞACAQ

"Azərbaycanın bu cür müasir inkişaf səviyyəsində poçtu rentabelli saxlamaq çətindir".

 

APA TV-nin xəbərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov poçtların özəlləşdirilməsi məsələsinə münasibət bildirərkən dedi ki, poçtlar müəyyən qədər telekommunikasiya fondundan, müəyyən qədər dövlət büdcəsindən subsidiya alır:

 

- Ona görə biz konsaltinq şirkətlərlə işləyirik ki, "Azərpoçt"u rəqabətə dözümlü bir struktura çevirə bilək. Özəlləşdirmə isə bu istiqamətdə edilən təkliflərdən biridir.

 

Nazir bu ilin sonuna kimi "Azərkosmos"un yer səthini müşahidə edəcək ikinci süni peykin tenderini elan edəcəyini bildirdi.  Bunun hazırlanmasına isə təxminən iki il vaxt tələb olunacaq. Əli Abbasov telefon xidmətlərinin və digər xidmətlərin qiymətinin azaldılması  ilə bağlı Tarif Şurasına təkliflər hazırlandığını qeyd etdi.

 

Müəllif | Apa.Tv