Manat valyutalar qarşısında dəyər itirir

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının rəsmi məzənnəsi bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,6040 manat səviyyəsində müəyyənləşdirib. Avro da manat qarşısında bahalaşıb. Bu gün avronun rəsmi məzənnəsi 1,7886 manat olaraq müəyyənləşib. Rusiya rublu, türk lirəsi və Gürcüstan larisi isə manat qarşısında möhkəmlənməkdə davam edir. Rəsmi məzənnəyə əsasən 1000 Rusiya rublu 24 manat 80 qəpik, 100 türk lirəsi 54 manat 12 qəpik, 100 gürcü larisi 68 manat 34 qəpikdir.

 

Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. Bazar ertəsinin valyuta məzənnələri isə Mərkəzi Bankın son iş günündə müəyyənləşir. 

Müəllif | Apa.Tv
Apa.tv