Tovuzda 12 yaşlı oğlan göldə batıb
Tovuzda 12 yaşlı oğlan göldə batıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, rayonun İbrahimhacılı kənd sakini, 2004-cü il təvəllüdlü Maarif Qurbanov bu gün günorta saatlarında göldə çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.