Marixuana satarkən yaxalandı

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qax rayon sakini tutulub. Qax rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, şöbənin əməliyyat-axtarış qrupu rayonun Uzuntala kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Hüseyn Əşrəf oğlunu həbs edib. Hüseyn Süleymanov rayonun Qıpçaq kəndi ərazisindəki yeməkxanada narkotik vasitə hesab edilən, 290 qram yaş kütlə halında marixuananı 40 AZN-ə  şərti alıcıya satarkən yaxalanıb.

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində Hüseyn Süleymanov barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlayıb,  istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov