"Real" UEFA Superkubokunun sahibi oldu
UEFA Superkubokunun qalibi bəlli olub. APA TV-nin məlumatına görə, kubok ötən il olduğu kimi, bu il də İspaniyaya gedib.
Sadəcə keçən ildən fərqli olaraq bu dəfə nüfuzlu mükafatı “Barselona” deyil, onun əzəli rəqibi “Real” qazanıb. Məyus olan komanda isə dəyişməyib. "Sevilya" ötən il olduğu kimi, bu dəfə də əlavə vaxtda mükafatı əldən verib.
Oyunda hesabı 21-ci dəqiqədə "Real" açıb.
Asensao fərqləndikdəın sonra Vaskesin vurduğu qolla komandalar fasiləyə bərabərliklə yollanblar.
İkinci hissədə Konoplyankanın penalti qolu "Sevilya"nı önə çıxarsa da, Serxio Ramos oyuna əlavə olunmuş 3-cü dəqiqədə hesabı bərabərləşdirərək qalib gəlmək şansını əlavə vaxta saxlayıb.
Qələbə qolu isə əlavə vaxtın son dəqiqəsində vurulub. Dani Karvaxal "kral klubu"nu Avropanın ən güclüsü edib.