Türk admiral ABŞ-dan sığınacaq istəyib

İzmirdə FETÖ terror təşkilatı ilə bağlı aparılan araşdırma çərçivəsində haqqında həbs-qətimkan tədbiri seçilən kontr-admiral Mustafa Zəki Uğurlu ABŞ-dan siyasi sığınacaq istəyib. APA TV-nin məlumatına görə, Ali Hərbi Şuranın qərarı ilə ordudan ixrac edilən sabiq admiralın hazırda ABŞ-da olduğu bildirilir. Vircinya ştatında yerləşən NATO qərargahında çalışan kontr-admiral Uğurlu 15 iyul hadisələrindən sonra Türkiyəyə qayıtmayıb və ABŞ rəhbərliyinə müraciət edərək siyasi sığınacaq istəyib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bu məlumatı şərh etməyib.  

Müəllif | Apa.Tv
Apa.tv