PKK-nın xain hücumu: 5 şəhid, 8 yaralı

Türkiyə ordusu növbəti dəfə şəhid verib. APA TV-nin məlumatına görə, PKK terrorçularının Şırnakın Uludərə qəsəbəsində yola basdırdıqları minanın partlaması nəticəsində 5 hərbçi şəhid olub, 8 hərbçi yaralanıb. Yaralı hərbçilər təcili olaraq Şırnak Dövlət Xəstəxanasına çatdırılıb. Partlayışdan sonra bölgədə PKK terrorçularına geniş miqyaslı hərbi əməliyyat keçirilir. Əməliyyata döyüş helikopterləri havadan dəstək verirlər. 

Müəllif | Apa.Tv
Apa.tv