Qızmar istilər davam edəcək: 38 dərəcə

Azərbaycan ərazisində qızmar hava şəraiti davam edir. Sinoptiklərin məlumatına görə, sabah Bakı və Abşeron yarımadasında avqustun 11-də hava yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu yarımadada gecə 23-27, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz  36-38 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz  27-32 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv