Türkiyədə iki sabiq millət vəkili həbs olundu

Türkiyədə bu gün həyata keçirilən əməliyyatlar zamanı həbs olunanlar arasında iki sabiq millət vəkili də var. APA TV-nin məlumatına görə, Kayseridə keçirilən əməliyyatda hakim Ədalət və İnkişaf Partiyasından sabiq millət vəkili Əhməd Öksüzkaya saxlanılıb. Manisada keçirilən əməliyyatda isə Milliyyətçi Hərəkat Partiyasından sabiq millət vəkili Zeynal Balkız həbs olunub. AKP-li sabiq deputat 2010-2015-ci illərdə Türkiyə parlamentinin üzvü olub. Kayseridən millət vəkili seçilmiş Öksüzkaya 2014-cü ildə AKP-dən istefa verib. Həbs olunan MHP-li sabiq millət vəkili isə uzun müddət Manisada VƏkillər Kollegiyasının sədri vəzifəsini daşıyıb.  

Müəllif | Apa.Tv
Apa.tv