Dollar bahalaşmaqda davam edir
Azərbaycanda ABŞ dollarının bahalaşması tendensiyası davam edir. APA TV-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının sabaha olan məzənnəsini açıqlayıb. Rəsmi məzənnəyə əsasən, avqustun 11-də dolların rəsmi məzənnəsi 1,6062 manat olacaq. Qeyd edək ki, bu gün dollar 1,6040 manata bərabər olub.
Mərkəzi Bank xarici valyutaların məzənnəsini həftə içi hər gün açıqlayır.